Şriftin ölçüsü :

Saytın rəngi :

“Agrobiznes dəyər zəncirində biznesin inkişafına dəstək” mövzusunda maarifləndirici tədbir keçirildi.

11 avqust 2018 | 16:00

11 avqust 2018-ci il tarixdə Şirvan Gənclər evində Gəncə Regional İqtisadi Məsləhət Mərkəzinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin idarəedilməsi üzrə Dövlət Xidməti idarəsinin və Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində şəhər sahibkarlarının iştirakı ilə “Agrobiznes dəyər zəncirində biznesin inkişafına dəstək” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Gəncə Regional İqtisadi Məsləhət Mərkəzinin direktoru Mətləb Nəcəfov, Dəyər Zənciri üzrə mütəxəssis Küşfər Məmmədova, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, layihənin rəhbəri Arif Cahangirov iştirakı etdi.

Keçidlər