Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məftun Osmanovun ailəsi ziyarət olundu.

27 iyul 2021 | 16:00

Şəhid Osmanov Məftun Əlövsət oğlu 15 may 1973-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. 8-ci sinfə qədər 4 saylı orta məktəbdə oxuyan Məftun təhsilini 20 saylı orta məktəbdə davam etdirib. 1991-ci ildə SSRİ Silahlı Qüvvələrinin tərkibində Lvov bölgəsində bir il xidmət etdikdən sonra Vətənə qayıdıb. 1992-ci ilin aprelində o, torpaqlarımızın müdafiəsi uğrunda cəbhəyə yollanır. 1992-ci il iyun ayının 8-də Füzulinin Əmralılar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Şəhidlik zirvəsinə yüksəlir. Oxuduğu 20 nömrəli tam orta məktəb hazırda onun adını daşıyır.
     Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə şəhid Məftun Osmanovun ailəsi də ziyarət edildi.
      Ziyarət zamanı şəhid Məftun Osmanovun əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
     Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyavanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir. Şirvan Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müraciətlərə həssaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir. Şəhid ailələri vaxtaşırı ziyarət edilir. Şəhid Məftun Osmanovun ailəsini ziyarət zamanı atası Əlövsət kişi oğlunun  göstərdiyi qəhrəmanlıqlardan danışdı. Adının əbədiləşdirildiyini, oxuduğu 20 nömrəli tam orta məktəbə onun adının verildiyini, ailənin mənzillə təmin olunduğunu, qanunvericiliyə uyğun olaraq  diqqət və qayğı ilə əhatə edildiyini bildirdi. Göstərilən təşkilati maddi və mənəvi dəstəyə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını və təşəkkürünü bildirdi.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mətbuat xidməti

Keçidlər