Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanlılar vaksinasiya kampaniyasında aktiv iştirak edir.

26 may 2021 | 16:00

Şirvan şəhərində koronavirus (COVID-19) infeksiyası  əleyhinə şəhər sakinlərinin peyvənd edilməsi prosesi uğurla davam etdirilir. İnfeksiyaya qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür. Şirvan Mərkəzi Xətəxanasında sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə səyyar briqadalar təşkil olunur.
   2021-ci ilin 25 may tarixinə olan statistkaya görə, şəhər üzrə COVİD-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 20439 olub. Belə ki, 12882 nəfər birinci mərhələ üzrə, 7557 nəfər isə ikinci mərhələ üzrə vaksinasiya olunub. Gün ərzində 1095 doza vaksin vurulub. 1015 doza birinci mərhələ, 80 doza ikinci mərhələ vaksin olunub.
   Qeyd edək ki, bu ilin yanvar ayından həyata keçirilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Şirvan şəhərində də ilk növbədə, səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb. Fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslər vaksinasiya olunublar. Martın 22-dən 40 yaşdan yuxarı, mayın 10-dan isə 18 yaşdan yuxarı insanların vaksinasiyası həyata keçirilir.


Mətbuat xidməti

Keçidlər