Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramlı qəsəbə İnzibati Ərazi vahidi üzrə Nümayəndəliyin hesabat yığıncağı keçirilmişdir.

24 yanvar 2020 | 16:00

Bayramlı qəsəbə klubunda, Bayramlı qəsəbə İnzibati Ərazi vahidi üzrə Nümayəndəliyin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında şəhər İcra Hakimiyyəti Başçısının I müavini Samid Abıyev, şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
    Hesabat məruzəsi ilə çıxış edən qəsəbə İnzibati Ərazi vahidi üzrə Nümayəndə Nizami Rəhimov qəsəbədə infrastrukturun inkişafı, sakinlərin sosial rifah halının yaxşılaşdırılması, enerji daşıyıcıları ilə dayanıqlı və fasiləsiz təmin olunması istiqamətində 2019-cu il ərzində görülmüş işlər haqqında ətraflı danışmışdır. Nizami Rəhimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə ərazisi 120 ha olan Bayramlı yaşayış massivinə Şirvan şəhərinin tabeçiliyində inzibati ərazi vahidi statusu verilmişdir. Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə  qəsəbədə müasir tələblərə cavab verən 460 yerlik tam orta məktəb, 75 yerlik körpələr evi-uşaq bağçası, tibb məntəqəsi, poçt filialı, klub, kitabxana, bir sıra sosial və xidmət sahələri yaradılmışdır. 2019-cu ildə qəsəbə sakinlərini narahat edən problemlərin araşdırılıb öyrənildiyi, onların sosial, məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görüldüyü, vətəndaşların şifahi və yazılı müraciətlərinə həssaslıqla yanaşıldığı, hər bir məsələyə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə baxıldığı bildirildi.
   Hesabat yığıncağında qəsəbədə 16 ədəd modul tipli sutəmizləyici qurğunun quraşdırıldığı, əhalinin ümumi su təchizatının Kür çayından 9 ədəd su nasosu vasitəsilə təmin edildiyi, məişət tullantılarının vaxtında daşındığı, ərazidə abadlıq, səliqə sahman işlərinin aparıldığı, 7 saylı marşurut xətti üzrə avtobusların bir qisminin yeniləndiyi, 21 nəfər qəsəbə sakininin özünüməşğulluq proqramına cəlb olunaraq maddi aktivlərlə təmin edildiyi, əhalinin qaz, su və elektrik enerjisi ilə təminatının yaxşılaşdırıldığı və aztəminatlı ailələrə maddi köməkliklərin göstərildiyi qeyd edildi.
   Məruzə ətrafında çıxış edən qəsəbə sakinləri məruzəyə münasibətlərini bildirərək qəsəbədə həlli vacib məsələlərə toxunublar. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə etdilər.
   Hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar şəhər İcra Hakimiyyətinin başçısının I müavini Samid Abıyev tərəfindən aidiyyəti qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. 
   Sonda 2019-cu ildə əldə olunan uğurlarda Bayramlı qəsəbə sakinlərinin də böyük əməyi olduğunu vurğulayan Samid Abıyev Şirvan şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə qəsəbə sakinlərinə öz minnətdarlığını bildirmişdir.

 

Keçidlər