Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş tədbirlər keçirilmişdir.

10 dekabr 2019 | 16:00

   10 dekabr 2019-cu il tarixdə Şirvan şəhər Mərkəzi Xəstəxanasında, “Shirvan Operating Company LTD” şirkətində,  Melorasiya Mexaniki Təmir Zavodunda, Uşaq Musiqi Məktəbində və şəhər Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş anım tədbirləri keçirilmişdir. Keçirilən tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında tarixi xidmətlərinin mühüm məqamları xatırlanmış, Ümummilli liderin respublikamıza rəhbərliyi dövründə müasir, müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının formalaşdırıldığı, ölkəmizin hərtərəfli inkişafına xidmət edən ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd edilmişdir.
       Keçirilən tədbirlərdə bugünkü inkişafımıza, əldə olunan sabitliyə, əmin-amanlığa görə Ulu Öndərimiz Heydər Əliyevə və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə edilmişdir.

 

Keçidlər