Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Evi

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi

“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında tikintisi nəzərdə tutulmuş Şirvan şəhər “Gənclər Evi”nin təməli 2012-ci ilin oktyabr  ayında qoyulmuş, 2017-ci ildə tikintisi başa çatdırılmış və 06 iyul 2017-ci il tarixdə açılış mərasimi keçirilmişdir.
    Müəssisənin ümumi sahəsi 3063 m2,  işçilərinin sayı isə 16 nəfərdir. Müəssisə həftədə 7 gün olmaqla saat 09:00-18:00-dək(asudə vaxtla bağlı 23:00-dək, xüsusi çalışmalarla bağlı isə 7/24) fəaliyyət göstərir.
    Müasir avadanlıqlarla təchiz olunmuş “Gənclər Evi”ndə inzibati otaqlarla yanaşı,  stolüstü oyunlar, tennis, bilyard, ”Ünsiyyət” klubu, “Gənclərin intellektual klubu”, “Kompüter mərkəzi”, “Gənclər və gənc ailələr üçün hüquqi və sosial xidmət” mərkəzi,  “Xarici dil” klubu, “Şən və Hazırcavablar” klubu, “Ədəbiyyat” dərnəyi, “Dram” dərnəyi “Ekologiya” dərnəyi,  “Debat” klubu, video-studiya, texnika və ixtiraçılıq, reseption, “İstedadların hazırlığı” laboratoriyası, “Reabilitasiya” mərkəzi, loqoped (psixoloji) xidməti,  “Vətənpərvərlik” klubu, kitabxana, sərgi zalı, rəqs zalı, xidməti otaqlar, dəyirmi masadan ibarət toplantı zalı və 96 yerlik konfrans, kino, tamaşa zalı vardır. Şirvan Gənclər Evinin binası bütün lazımi inventar və avadanlıqlarla təchiz edilmişdir.                                                                                                                                                       
    Gənclər Evlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılmasına yardım göstərilməsindən ibarətdir. Gənclər Evinin əsas fəaliyyət istiqamətləri istedadlı gəncləri aşkar etmək və onların inkişafına dəstək olmaq, gənclərin məlumatlılığını artırmaq, gənclərdə müasir düşüncə tərzini formalaşdırmaq, onları vətənpərvər ruhda böyütmək, hərtərəfli inkişafları, öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şərait yaratmaq,  gənclərdən alınan sorğu əsasında onlara daha yararlı olacaq mövzularda təlim, seminar, kurslar, lahiyələr təşkil etməkdir.
    Təşkil olunan lahiyələrdə, təlim və seminarlarda, intellektual və interaktiv tədbirlərdə gənclərin davamlı olaraq iştirak etmələrini və gənclərin asudə vaxtlarının  səmərəli təşkilini təmin etmək və beləliklə gənclərin  fərdi inkişaflarına birbaşa dəstək vermək Gənclər Evlərinin fəaliyyətinin əsasını təşkil edir. Qurumun əsas məqsədi gənclərin hərtərəfli inkişafını asudə vaxtının effektiv təşkil edilməsi vasitəsilə tərbiyəsini istiqamətləndirməkdir.

Ünvan: Naxçıvan küçəsi, 1B
      Əlaqə:
      Facebook- Şirvan Gənclər Evi
      Instagram-shirvan_gencler_evi
      E-mail: g_evi@mail.ru
      Youtube kanalı-  Şirvan Gənclər Evi
      Telefon-021 215 0985, Fax: 021 215 0985 , mobil-050 271 8522

Keçidlər