Şriftin ölçüsü :

Saytın rəngi :

1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin hesabat yığıncağı keçirildi.

31 yanvar 2019 | 16:00

31 yanvar 2019-cu il tarixdə saat 11:00-da YAP Şirvan şəhər təşkilatında 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2018-ci ildə gördüyü işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.İcra nümayəndəsi Nizami Rəhimov hesabat yığıncağında çıxış edərək, ötən 2018-ci ildə şəhərdə aparılan abadlıq və quruculuq işlərində artıq 6 ilə yaxındır ki, fəaliyyət göstərən Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin də müəyyən qədər rolu olduğunu qeyd etdi. Bu gün şəhərimizdə 8608 fərdi, 386 çoxmərtəbəli  binalarda  8912  təsərrüfat  olmaqla, cəmi 17520  təsərrüfat, 81.628 nəfər əhali vardır. Bunlardan 16847 nəfəri uşaq, 22468 nəfəri isə gənclərdən ibarətdir. O cümlədən 40209 nəfəri kişi, 41419 nəfəri qadındır.2018-ci ildə Nümayəndəliyə 7424 nəfər müraciət etmiş, vətəndaşlar lazımı sənədlər və arayışlarla təmin olunmuşlar. Ötən il Nümayəndəliyə 505 məktub daxil olmuş, müraciətlərə operativ cavablar verilmişdir. 2003-ci il təvəllüdlü gənc hərbi çağrışçılar üzrə 458 nəfər barədə sənədlər hazırlanıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinə təqdim olunmuşdur.Nümayəndəliyə şikayətlə bağlı 17 yazılı ərizə, 37 şifahi müraciət olunmuşdur ki, bunların bəziləri yerində öz həllini tapmış, digərləri isə həll olunması üçün aidiyyəti təşkilatlara göndərilmişdir.Mənzil Təsərrüfatı İdarəsinin,  Kommunal Kombinatı Müəssisəsinin və Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin kollektivi 2018-ci ildə şəhər ərazisinin təmizlik, abadlıq-quruculuq işlərində fəallıq göstərsə də, məişət tullantılarının daşınmasında fasilələr olmuş, müəssisələr və digər obyektlərlə tullantıların daşınması üçün müqavilələr bağlanması işi normal təşkil olunmamışdır. İsti yay günlərində tullantı daşıyan texnikaların dezinfeksiya olunmaması nəticəsində ətraf mühitə xoşagəlməz qoxu yayılır. Bu da əhali tərəfindən haqlı narazılıqlara səbəb olur. Zibilxanaların ətrafında olan tör-töküntülərin və alaq otlarının yandırılması hallarına da rast gəlinmişdir. Yerlərdə  sahə  rəisləri  ilə iş zəif  təşkil olunmuş, sahə  nəzarətçiləri tərəfindən vətəndaşların uçotunun aparılması, qanunsuz tikintilərin qarşısının alınması işi qənaətbəxş olmamışdır.Şirvan şəhərində su-kanalizasiya problemi uzun illərdən bəri qalan bir problemdir. Köhnə su xətləri, yararsız kanalizasiya sistemi mövcud olmuşdur. Ölkənin digər yerlərində olduğu kimi bu qlobal problemin şəhərimizdə də aradan qaldırılması məqsədilə ötən il Şirvanda da bu işlərə start verildi. Müxtəlif ünvanlarda yeni su xətləri çəkilmiş, mərkəzi kanalizasiya qovşağı yaradılmış və İşlər bu gün də davam etməkdədir. Buna baxmayaraq su-kanalizasiya xətlərində baş vermiş qəzaların sayı heç də əvvəlki illərdəkindən az olmamışdır. Belə ki, şəhərin müxtəlif ərazilərində su xətlərində tez-tez qəzalar olur, kanalizasiyaların tutulması halları, içməli suyun boş-boşuna axmasının şahidi olarıq. Bunun nəticəsində yollar dağılır,  asfalt-beton örtüklər sıradan çıxır.İcra nümayəndəsi Nizami Rəhimov hesabat çıxışında ümumi görülən işlərlə yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində hələdə görülməli olan işlərdən danışdı. Belə ki;
-Bağ evləri yaşayış massivində orta məktəb tikintisi.
-T.Ələkbərov  küçəsinin asfaltlanması.
-Kənd evləri yaşayış massivində qazlaşmanın yekunlaşması.
-Kənd evləri yaşayış massivində elektrik şəbəkəsinin qurulması.
-S.Ə.Şirvani küçəsinin bir hissəsinin işıqlandırılması.
-Kənd evləri yaşayış massivində marşrut xəttinin uzadılması.
Hesabat çıxışlarından sonra şəhər sakinləri tərəfindən İcra Hakimiyyəti Başçısının I müavini Samid Abiyevə ayrı-ayrılıqda müraciətlər etdilər:
Sakinlərdən
1. Məmmədova Səidə Möhübbət qızı – yaşadığı ərazidə suyun təzyiqinin zəif olması ilə bağlı müraciəti.
Tapşırıldı: Şirvan Sukanal sahəsinin rəisi Elşad Ağalarov
2. Əliyev Şəmsi Qurbanxan oğlu – yaşadığı evin yaxınlığında zibil qutularının yerləşdirilməsi ilə bağlı müraciəti.
Tapşırıldı: KKM-nin rəisi Aqil Vəliyev
3. Maşanova Zöhrə Behbud qızı – yataqxanada yaşayış sahəsi ilə təmin olunmaq barədə müraciəti.
Tapşırıldı: MTİ-nin rəisi Eyyub Gülməmmədov
4. Salmanov Fürqan Niyaz oğlu – kanalizasiya sisteminin təmiri ilə bağlı müraciəti.
Tapşırıldı: Şirvan Sukanal sahəsinin rəisi Elşad Ağalarov
5. Hüseynov Cavad Zakir oğlu – qaz xəttinin çəkilməsi ilə bağlı müraciəti
Tapşırıldı: Salyan Regional Qaz İstismar İdarəsinin Şirvan Xidmət Sahəsinin rəisi Gündüz Tarverdiyev
Hesabat yığıncağında iştirak edən şəhər sakinləri şəhərdə aparılan abadlıq-quruculuq işlərinə və müraciətlərinə diqqət və qayğı ilə yanaşdığına görə Şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalova öz dərin təşəkkürlərini bildirdilər

.

Keçidlər