Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 05 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibəti ilə ümumşəhər tədbiri keçirildi.

04 oktyabr 2016 | 16:00

04 oktyabr 2016-cı il tarixdə saat 16:00-da Şirvan şəhər Mədəniyyət Mərkəzində 05 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibəti ilə ümumşəhər tədbiri keçirildi. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini yad ediblər. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, şura üzvləri, hüquq mühafizə orqanları, ictimai-siyasi qurumların rəhbərləri və 300 nəfər təhsil işçisi iştirak etdi. Tədbirdə Respublikanın tanınmış incəsənət ustaları Pərviz Bülbülə, Sahib İbrahimov və Damla çıxış ediblər.

Keçidlər