Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətnin təşəbbüsü və təşkilatçılığı ilə 1941-1945-ci illər müharibəsində Qələbənin 71-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirildi.

09 may 2016 | 16:00

09 may 2016-cı il tarixdə saat 10:00-da Qələbənin 50 illik abidəsinin önündə Şirvan şəhər İcra Hakimiyyətnin təşəbbüsü və təşkilatçılığı ilə 1941-1945-ci illər müharibəsində Qələbənin 71-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirildi. Öncə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, şura üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri və müharibə veteranları Şəhidlər Xiyabanını ziyarət etdilər. Sonra Böyük Vətən Müharibəsində Qələbənin 50 illik abidəsi önündə ümumşəhər tədbiri keçirildi, Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun qəbirüstü abidəsi ziyarət olundu.

Keçidlər