Şriftin ölçüsü :

Saytın rəngi :

“Asan xidmət” Şirvan şəhərində

11 aprel 2016 | 16:00

11-25 aprel 2016-cı il tarixlərdə saat 10:00-dan başlayaraq Şirvan kino-tetrının qarşısındakı meydanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları xüsusi təyinatlı avtobusla Şirvan şəhərinin sakinlərinə “Asan” xidmət göstərmək üçün fəaliyyətə başladılar.
Göstərilən xidmətlər
- Notariat fəaliyyəti
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
- Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
- Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
- Foto xidməti
- Tibb xidməti

Keçidlər