Şriftin ölçüsü :

Saytın rəngi :

“Şirvana Heydər Əliyev qayğısı” mövzusunda elmi-praktik konfrans keçirilib.

05 may 2022 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq 5 may 2022-ci il tarixdə Şəhər İcra Hakimiyyətinin, “Telemexanika zavodu” MMC-nin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Şirvana Heydər Əliyev qayğısı” mövzusunda elmi-praktik konfrans keçirilib.
    Konfransdan öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, xatirəsinə ehtiram olaraq abidənin önünə tər çiçək dəstələri düzülüb.
    Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponantlarla tanış olublar. Mərkəzin əməkdaşı Ümummilli liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb.
    Tədbir “Telemexanika zavodu” MMC-nin akt zalında davam edib. Ümummilli lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Konfransda Şirvan Şəhər İcra Hakimiyyətinin İstehsal və Xidmət Sahələri Sektorunun müdiri Ramin Qasımov, “Telemexanika zavodu” MMC-nin direktoru Feyruz Əsədov, Marketinq və təchizat şöbəsinin texniki Xalid Şahbazov çıxış edərək Heydər Əliyevin Azərbaycançılıq ideologiyasından bəhs ediblər. Əbədiyaşar liderin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi əldə edilmiş yüksək nailiyyətləri diqqətə çatdırıblar. Qeyd olunub ki, əgər Ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı.

Mətbuat xidməti

Keçidlər