Şriftin ölçüsü :

Saytın rəngi :

“Şirvan OYL” Şirkətinin respublikamızdakı filialında və Şirvan “Yağ-Piy” müəssisələrində Ümumilli liderin anadan olmasının 99 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

05 may 2022 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq şəhərin idarə, müəssisə və təşkilatlarında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş növbəti silsilə tədbirlər keçirilir.
5 may 2022-ci il tarixdə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şirvan Operating Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialında və MKT İstehsalat Kommersiya MMC-nin Şirvan “Yağ-Piy” filialında  Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş  tədbirlər keçirilib.
Tədbirlərdə Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini, Dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Asim Zeynalov və müəssisələrin əməkdaşları iştirak edib.
“Şirvan Operating Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialında keçirilən tədbirdə əvvəlcə şirkətin ərazisində yaradılmış Ulu Öndərin büstü önünə əklil və gül dəstələri qoyulub, dünya şöhrətli siyasətçi-böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra Hakimiyyətinin əməkdaşları və YAP ərazi təşkilatının sədri İsrayıl Ağayev dahi şəxsiyyətin zəngin və mənalı həyatı, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, şərəfli və mənalı ömür yolunu ölkəmizin rəhbəri kimi dövlətimizin tərəqqisinə və xalqımızın rifahına həsr edən Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.
MKT İstehsalat Kommersiya MMC-nin Şirvan “Yağ-Piy” filialında  keçirilən tədbirdə də Ulu öndərin və vətənimizin bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra Hakimiyyətinin əməkdaşları və filialın müdiri Nəriman Əlixanov ömrü boyu qəlbi Vətən sevgisi ilə döyünən, milli-mənəvi dəyərlərə sıx bağlı olan, azadlığa, müstəqilliyə gedən yolumuzu nurlandıran, daim milləti ilə birlikdə olmaqla, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin şəraitdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin beynəlxalq aləmdə və Azərbaycan tarixində rolu, o cümlədən demokratik, hüquqi dövlət quruculuğu və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıblar.

Mətbuat xidməti

Keçidlər