Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Şəmsəddin Aqil oğlu Vəliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

19 yanvar 2022 | 16:00

19 yanvar 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış  şəhid Şəmsəddin Aqil oğlu Vəliyevin doğum günü münasibətilə anım tədbiri təşkil olunub.
   Anım tədbirində şəhid ailələri, şəhidin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllim və tələbələri, şəhər gəncləri, Gənclər Evinin könüllüləri olmaqla ümumilikdə 74 nəfər iştirak edib. Öncə Vətənimizin azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
   Gənclər Evinin direktoru Əfqan Həsənov Azərbaycan Respublikasının torpaqlarımızın ərazi bütövlüyü, azadlığı uğrunda həyatından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş, Gənclər Evi tərəfindən təşkil olunan tədbirlər və layihələr haqqında danışıb. Şəhidlərimizin ruhunun hər zaman uca tutulacağını, ehtiramla yad olunacağını qeyd edib.
   Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev çıxış edərək, İcra Hakimiyyəti adından bir daha şəhid ailələrinə başsağlığı verib, cəsur, vətənpərvər övlad yetişdirdikləri üçün təşəkkür edib.
   Qəhrəman şəhidimiz Şəmsəddin Aqil oğlu Vəliyevin təhsil aldığı Sabirabad rayon Dadaşbəyli kənd orta məktəbinin direktoru və müəllimləri, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimi Şəmsəddin haqqında xoş xatirələrini bölüşüblər, qəhrəman şəhidimizin tərbiyəli, çalışqan, vətənpərvər şagird olmasını vurğulayıblar.
   Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
   Anım tədbirində Gənclər Evi tərəfindən şəhid Şəmsəddin Aqil oğlu Vəliyev haqqında hazırlanmış təqdimat videosu nümayiş olunub.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!

   Mətbuat xidməti

Keçidlər