Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda 18 yaşlı şəhid Məmmədov Xəqani Füzuli oğlunun xatirəsi anıldı.

11 oktyabr 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Milli Məclisin deputatı İltizam Yusifov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər İcra Hakimiyyəti aparatının əməkdaşları və şəhid ailələri ilə birlikdə 18 yaşında şəhadətə yüksələn Məmmədov Xəqani Füzuli oğlunun xatirəsini  andılar. Şəhidin  ruhuna dualar oxundu, ailəsinə səbr diləndi.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov belə vətənpərvər, qəhrəman  övladları olan xalqın nümayəndəsi olduğu üçün qürur duyduğunu və bu igidləri böyüdən şəhid valideynlərinə   minnətdarlığını bildirdi. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda şəhid olan və xalqımızın başına gətirilən müsibətlərin qisasını alan, yaşı kiçik, ürəyi böyük vətən sevgisi ilə dolu olan igidlərimizin qəhrəmanlığının bütün gənclərimizə nümunə olduğunu söylədi. Qeyd etdi ki, 6 ayın əsgəri olan Xaqaninin Suqovuşan və Ağdam uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyin onun balaca ürəyindəki  vətən sevgisinin necə böyük olduğunu göstərdi.
    Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov  Şirvan şəhərində doğulub boya-başa çatan Xəqaninin ata-baba yurdunun Zəngilan rayonu olduğunu bildirdi. Onun   bütün Azərbaycanın  şəhidi olduğunu  qeyd etdi. Görmədiyi dədə-baba yurdlarını düşmən tapdağından azad edən igidlərimizə Allahdan rəhmət dilədi. Bildirdi ki, yaşlarının az olmasına, yetəri qədər həyat təcrübəsi olmayanlar 44 gündə bu xalqa  Böyük Qələbəni yaşadaraq əsl vətən sevgisi necə olur göstərdilər. Bu xalqın belə mərd, igid, vətənpərvər oğulları  ilə hər zaman fəxr edəcəyini  vurğuladı.
  Şəhid Xəqani Məmmədovun  valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.                                  .
    Anım mərasimi şəhidin evində davam edib.
    Allah sənə rəhmət etsin saf və şirin təbəssümü şəkillərdə donan, körpə şəhidimiz!


    Mətbuat xidməti

Keçidlər