Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində əhalinin vaksinasiyaya cəlb olunması ilə əlaqədar maarifləndirmə tədbirləri uğurla davam etdirilir.

21 sentyabr 2021 | 16:00

Respublikamızın bütün bölgələrində olduğu kimi Şirvan şəhərində də "Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin vaksinasiyaya cəlb olunması  ilə əlaqədar maarifləndirmə tədbirləri uğurla davam etdirilir.
    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə Şəhər İcra Hakmiyyətində yaradılmış mobil qruplar tərəfindən gündəlik reydlər aparılır. Ticarət, iaşə və xidmət obyektlərində həyata keçirilən reydlərdə, həmçinin, vətəndaşlara zərurət olmadan digər şəxslərlə təmasdan uzaq olmaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanır.
    Eyni zamanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğu və dövlət tərəfindən həyata keçirilən bu tədbirlərin əhalinin infeksiyadan xilas olması üçün düşünüldüyü, eləcə də, bununla bağlı hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyü vətəndaşlara ətraflı izah olunur.
    2021-ci ilin 21 sentyabr tarixinə olan məlumata görə, şəhər üzrə COVİD-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 84843 olub. Belə ki, 47286 nəfər birinci mərhələ üzrə, 37492 nəfər ikinci mərhələ üzrə, 65 nəfər isə üçüncü mərhələ üzrə vaksinasiya olunub. Gün ərzində 608 doza vaksin vurulub. 107 doza birinci mərhələ, 496 doza ikinci mərhələ, 5 doza üçüncü mərhələ üzrə vaksin olunub.

Mətbuat xidməti

Keçidlər