Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş ümumşəhər tədbiri keçirildi.

11 iyun 2015 | 15:00

11 iyun 2015-ci il tarixdə saat 19:30-da Şirvan şəhər Bayraq Meydanında Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş ümumşəhər tədbiri, bayram konserti və atəşfəşanlıq təşkil olundu.Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, şura üzvləri, hüquq mühafizə orqan rəhbərləri və ictimai-siyasi təşkilat rəhbərləri iştirak etdi. Bayram konsertində Azərbaycan Respublikasının tanınmış incəsənət ustaları Elxan Şirinov, Arzu Əliyeva və Aşıq Vüqar Mahmudoğlu iştirak etdi.

Keçidlər