Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Anım Günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinin ziyarət olunması davam edir.

17 sentyabr 2021 | 16:00

16 sentyabr 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər Polis şöbəsinin rəisi Hikmət Quliyev, Şirvan Appelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan Məhkəməsinin sədri Elçin Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov və İcra Hakimiyyətinin digər məsul şəxsləri növbəti dəfə bir neçə Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib.
    Vətən müharibəsi şəhidləri Şıxəliyev Elvin Sarvan oğlunun, Zülfüqarlı Zeynal Alim oğlunun, Alişanlı Amal Seyfəddin oğlunun və Həsənov Məharət Ramil oğlunun ailələrinin ziyarəti zamanı onlara başsağlığı verilib, şəhidlərə Allahdan rəhmət, ailələrinə  səbr dilənib. Qeyd olunub ki, Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Bildirilib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli dövlət bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ilk dəfə olaraq 2021-ci il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcəkdir. Bu münasibətlə Şəhər İcra Hakimiyyəti tərəfindən Tədbirlər Planı hazırlanmış və silsilə tədbirlər həyata keçirilməkdədir.
    Şəhid ailələri ilə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərin doğum və anım günlərinin təşkili ənənə şəklini alıb. Şəhidlərə həsr olunmuş xatirə kompleksləri, bulaqlar inşa edilir, guşələr yaradılır, yeni yaşıllıq zolaqları salınır. Əlamətdar və tarixi günlərdə, bayramlarda Şəhidlər xiyabanları şəhər rəhbərliyi tərəfindən ziyarət olunur. Şəhid ailələri ilə daim əlaqə saxlanılır, onların problem və qayğılarının müsbət həlli üçün bütün imkan tədbirləri görülür.
    İcra Hakimiyyətinin başçısı İlqar Abbasov torpaqlarımızın işğaldan azad edilməsi və Vətənimizin bütövlüyü uğrunda şəhid olanların hər zaman qəlblərdə yaşayacağını, şəhid ailələrinə göstərilən hörmət və ehtiramın bundan sonra da davam etdiriləcəyini söyləyib.
    Şəhid ailələri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Mətbuat xidməti

Keçidlər