Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elnur Abdullayevin atası ziyarət edildi.

27 iyul 2021 | 16:00

Şəhid Abdullayev Elnur Şakir oğlu 1971-ci il mart ayının 14-də Əli Bayramlı şəhərində anadan olub. 9 nömrəli orta məktəbi qurtardıqdan sonra 152 saylı texniki peşə məktəbində radio-mexanik ixtisasına yiyələnib. 1989-1991-ci illərdə Sovet Ordusu sıralarında hərbi borcunu yerinə yetirib. Əsgəri xidməti başa vurduqdan sonra beton-tökmə zavodunda sürücü işləyib. 1992-ci ilin avqust ayında Azərbaycan torpaqlarının müdafiəsinə yollanıb. Elnur 1992-ci il sentyabr ayının 3-də Vəng kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
    Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə  Elnur Abdullayevin atası Şakir Abdullayev  ziyarət edildi.
    Ziyarət zamanı şəhid Elnur Abdullayevin əziz xatirəsi anıldı, ruhuna dualar edildi.
    Qeyd edildi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva şəhid ailələri və qazilərə xüsusi həssaslıqla yanaşırlar.Ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir, onların müraciətləri əsasında maddi və mənəvi köməkliklər olunur.
   Şəhidin atası Şakir Abdullayev oğlunun tərbiyəsindən, zəhmətsevərliyindən, vətənpərvərliyindən danışdı. Hərbi xidmət zamanı göstərdiyi şücaətləri qeyd etdi. Bildirdi ki, Müzəffər Ordumuz Qalib Ali Baş komandanın rəhbərliyi ilə 44 günlük müharibədə işğal altında olan torpaqlarımızın böyük hissəsini xilas edib, şəhidlərimizin, o cümlədən oğlu Elnurun qanı yerdə qalmayıb. Ona görə də bütün şəhid ailələri adından dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını və təşəkkürünü bildirdi.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
   Mətbuat xidməti

Keçidlər