Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində növbəti dezinfeksiya tədbirləri həyata keçirilib.

07 iyun 2021 | 16:00

Son zamanlar ölkə əhalisi arasında COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı, xəstələrin sağalma dinamikası, peyvəndləmə kampaniyasının kütləviliyi, ümumilikdə  sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırılıb.
   Bununla əlaqədar Şirvan şəhərində geniş dezinfeksiya tədbirləri həyata keçirilib. Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə şəhərin küçə və prospektləri xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılıb.
   Çoxmənzilli yaşayış binalarının (ümumilikdə 396-ya yaxın binanın) giriş hissələri, pilləkənləri, pilləkənlərin tutacaqları, liftləri, həyətyanı sahələri, parklar, nümunəvi məhəllələr və uşaq əyləncə qurğuları, söhbətgahlar, sərnişin daşıma xidməti göstərən avtonəqliyyat vasitələri, mərkəzi və məhəllədaxili yollar, səkilər, qeyri-yaşayış obyektlərində dezinfeksiya işləri aparılıb. İşlər dairəvi sistem üzrə həyata keçirilib, yəni hər dəfə bir nöqtədən başlayaraq 8 gün müddətində şəhərin dezinfeksiyası başa çatdırılıb.
   Sanitar epidemioloji vəziyyətə ciddi nəzarət edilməsi, əhalinin sağlamlığının qorunması məqsədilə şəhər ərazisində zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.

   Mətbuat xidməti

Keçidlər