Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.

03 iyun 2021 | 16:00

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan MR-də, Şirvan və Sumqayıt (1-ci hissə) şəhərlərində, Gəncə şəhərinin Nizami rayonunda, Ağstafa, Astara, Daşkəsən, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Şabran, Ucar, Yardımlı, Yevlax və Zərdab rayonlarında ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.
   İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 98 imtahan binası, 1605 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 98 ümumi imtahan rəhbəri, 267 imtahan rəhbəri, 1945 nəzarətçi-müəllim, 196 buraxılışı rejimi əməkdaşı (mühafizə), 98 bina nümayəndəsi ayrılıb.
   Şirvan şəhəri üzrə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları 1, 10, 13, 18, 20 nömrəli tam orta məktəblərin binalarında təşkil edilib. Şirvan şəhər ümumtəhsil məktəblərində təhsil alan 1057 şagirdin 1042 nəfəri bu gün keçirilən buraxılış imtahanlarda  iştirak edib, 15 şagird üzrlü səbəbdən imtahanlarda iştirak edə bilməyib.

   Mətbuat xidməti

Keçidlər