Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin məlumatı

02 iyun 2021 | 16:00

Hörmətli Şirvan şəhər sakinləri,
   Şirvan şəhərində koronavirus(COVID-19) infeksiyası  əleyhinə şəhər sakinlərinin peyvənd edilməsi prosesi uğurla davam etdirilir. İnfeksiyaya qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür. Şirvan Şəhər Mərkəzi Xətəxanasında sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə şəhərin bir sıra ünvanlarında tibb işçilərindən ibarət səyyar briqadalar təşkil olunub. Belə ki, şəhərin Hacıqəhrəmanlı və Bayramlı qəsəbə həkim məntəqələrində, məcburi köçkünlərin yaşadığı şəhərcikdə, "Şirvan Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxs"də, 4 və 13 nömrəli tam, 5 nömrəli ümumi orta məktəblərdə səyyar məntəqələr yaradılmışdır.
   Şəhər sakinləri yaşadıqları əraziyə yaxın olan səyyar məntəqəyə gəlməklə virus əleyhinə peyvənd oluna bilərlər.

   Mətbuat xidməti

Keçidlər