Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Bağırov Süleyman Loğman oğlunun xatirəsi anıldı.

27 may 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən Zəfər yürüşündə iştirak edib, torpaqlarımızı işğaldan azad edənlərdən biri də Bağırov Süleyman Loğman oğlu olmuşdur.
   Bağırov Süleyman Loğman oğlu 01.02.1992-ci ildə Sabirabad rayonunun Sarxanbəyli kəndində anadan olmuş, 20 №-li tam orta məktəbdə oxumuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini qurtardıqdan sonra hərbi xidmətə getmiş, erməni işğalı altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərmişdir. Gənc leytenant Süleyman Bağırov 13.11.2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Bağırov Süleyman Loğman oğlunun ailəsi də ziyarət edildi.
Ziyarət zamanı Vətən müharibəsi Şəhidi Süleyman Bağırovun əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
   Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
   Şirvan Şəhər İcra Hakimiyyəti  Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müaciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
Şəhidin atası Loğman Bağırov və anası Nailə Bağırova oğlunun vətənpərvərlik ruhunda tərbiyə edildiyindən, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalına layiq görüldüyünü, Şirvanda, “Şəhidlər Xiyabanı”nda dəfn edildiyini, dəfn mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələrinin yaxından iştirak etdiyini qeyd etdilər. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qara mərmərdən qəbirüstü abidələrin ucaldılmasına və digər abadlıq, quruculuq işlərinə, göstərilən köməkliyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.
   Allah Şəhidlərimizə rəhmət eləsin.

   Mətbuat xidməti

Keçidlər