Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 23 dekabr 2014-cü il tarixdə keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq tədbir keçirildi.

05 dekabr 2014 | 16:00

05.12.2014-cü il tarixdə saat 11.00-da YAP şəhər təşkilatının akt zalında 23 dekabr 2014-cü il tarixdə keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının təbliğat-təşviqat qrupunun keçirdiyi tədbirlərin qrafikinə əsasən YAP tərəfindən irəli sürülən bələdiyyə üzvlüyünə namizədlər, müşahidəçilər, məşvərətçilər və YAP aktivləri ilə birlikdə tədbir keçirildi. Tədbirdə Milli Məclisin Ərazi İdarəetmə Komissiyasının sədri Arif  Rəhimzadə, Yeni Azərbaycan Partiyası İcra Aparatının məsul işçisi Ramil Mirzəyev və 150 nəfər iştirak etdi.

Keçidlər