Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində COVİD-19 virusunun yayılmasına qarşı növbəti profilaktik reyd keçirilib

26 noyabr 2020 | 16:00

Koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Şirvan şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən mobil qruplar tərəfindən şəhər ərazisində növbəti reydlər keçirilib.
    Gün ərzində 25 ictimai iaşə, 116 ticarət, 22 bərəbərxana və gözəllik salonu, 24 digər xidmət obyektlərinə nəzarət edilib. Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanılıb, satıcı və alıcılarla, habelə sahibkarlarla profilaktik söhbətlər, izahetmə-xəbərdarlıq işləri aparılıb. Reyd zamanı ictimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə də müvafiq söhbətlər edilib. Xüsusilə, insanların sıx toplaşdığı yerlərdə, bazar ərazisində, qapalı məkanlarda, iş yerlərində karantin rejiminə daha ciddi əməl olunmasının vacibliyi vurğulanıb. Sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tövsiyələr verilib. Vurğulanıb ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və cəmiyyətin digər üzvlərini qorumaq üçün qəbul olunmuş sanitar gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da belə davranışa dəvət  etməlidir. Kütləvi tədbirlərin, dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin qadağan olunmasının virusun yayılmasının qarşısının alınmasına, insanların sağlamlığının qorunmasına xidmət etməsi barədə sakinlərə ətraflı məlumat verilib.
   Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

Keçidlər