Şriftin ölçüsü :

Saytın rəngi :

29 Avqust - 07 Sentyabr 2014-cü il tarixdə Ankaranın Etimesgut Bələdiyyəsi tərəfindən keçirilmiş “Beynəlxalq Anadolu Günləri 11” adlı Mədəniyyət və İncəsənət Festivalı.

07 sentyabr 2014 | 15:00

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının razılığı ilə 2011-ci ilin iyul ayından etibarən Türkiyənin Ankara Etimesgut Bələdiyyəsi ilə Azərbaycan Respublikasının Şirvan şəhər Bələdiyyəsi qardaşlaşmış bələdiyyədirlər. Qardaşlamanın davamı olaraq 29 avqust - 07 sentyabr 2014-cü il tarixlərində Ankaranın Etimesgut Bələdiyyəsi tərəfindən türk dünyası arasındakı qardaşlıq, birlik və mədəni əlaqələri inkişaf etdirmək, ortaq türk mədəniyyətini dünyaya tanıtdırmaq məqsədilə “Beynəlxalq Anadolu Günləri 11” adlı mədəniyyət və incəsənət festivalının 10-cu günü – 07 sentyabr 2014-ci il tarixdə keçiriləcək Azərbaycan gecəsində çıxış etmək üçün Respublikamız adından Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi və şəhəri təmsil edəcək mədəniyyət nümayəndələri tədbirə dəvət olunmuşlar.
07 sentyabr 2014-cü il tarixdə festivalın rəsmi bağlanış günündə şəhərimizin mədəniyyət işçiləri milli mədəniyyətimizi əks etdirən qədim xalq rəqsləri, xalq mahnıları və milli poeziya nümunələrindən ibarət rəngarəng proqramla çıxış etmiş və 120 minlik auditoriyanın alqışını qazanmışdır. Proqramdan sonra Azərbaycandan olan nümayəndə heyətinin rəhbəri Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov öz çıxışında festivalda Azərbaycan nümayəndə heyətinin iştirakına şərait yaratdığına görə Ankara Etimesgut Bələdiyyə Başkanı Enver Demirele öz dərin minnətdarlığını bildirmiş və milli atributlarımızı əks etdirən hədiyyəni Bələdiyyə Başkanına təqdim etmişdir. Ankara Etimesgut Bələdiyyə Başkanı Enver Demirel də çıxış edərək bu əlaqələrin daha da dərinləşməsini, uzunömürlü olmasını arzulamış və simvolik olaraq nümayəndə heyətinə öz hədiyyələrini təqdim etmişdir. Respublikamızı təmsil edən Şirvan şəhər mədəniyyət işçilərinin tədbir boyunca çıxışı yerli türk kanallarında canlı yayımlanmış, video və fotolentə alınmışdır.

Keçidlər