Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov 2013-2014-cü dərs ilində ali məktəblərə qəbul olan məzunlar, onların valideyinləri, məktəb və sinif rəhbərləri ilə görüş keçirdi.

03 sentyabr 2014 | 15:00

03.09.2014-cü il tarixdə saat 16.00-da 16 nömrəli tam orta məktəbin akt zalında Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov 2013-2014-cü dərs ilində ali məktəblərə qəbul olan məzunlar, onların valideyinləri, məktəb və sinif rəhbərləri ilə görüş keçirdi. Görüşdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov tərəfindən ali məktəblərə qəbul zamanı yüksək bal toplamış abituriyentlərə qiymətli hədiyyələr verildi. Əlavə olaraq bildiririk ki, 2013-2014-cü tədris ilində şəhər ümumtəhsil məktəblərinin XI sinfini 640 nəfər şagird bitirmiş və ali məktəblərə qəbulda 434 nəfər iştirak etmişdir. İştirak edənlərin 62%, yəni 271 nəfəri müxtəlif ali məktəblərə, o cümlədən 107 nəfəri I qrupa,  65 nəfəri II qrupa,  74 nəfəri III qrupa, 25 nəfəri isə IV qrupa qəbul olunmuşdur. Onlardan 21 nəfəri 500-dən, 16 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Şəhər 10 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Sevda Həzrətquliyevanın rəhbərlik etdiyi  XI A sinfindən isə 21 şagirddən 17 nəfəri ali məktəbə qəbul olmuşdur. Şirvan şəhərindən ali məktəblərə qəbul olan iki məzun isə orta məktəbi “Qızıl medal”a layiq görülərək bitirmişdir.

 


 

Keçidlər