Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər Gəncə və Şəmkir rayonlarına yola salındı.

31 avqust 2014 | 15:00

Şəhər rəhbərliyinin, təhsil işçıləri və valideyinlərin iştirakı ilə Heydər Əliyev mərkəzinin qarşısında nümunəvi və əlaçı IX-XI sinif şagirdlərinin Gəncə-Şəmkir marşurutu üzrə “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyasında iştirak etmək üçün yolasalma mərasimi keçirilib. Tur aksiyanın iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Elmira Ağayeva yolasalma mərasimində çıxış edərək  bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, ölkəmizin tarixini, mədəniyyətini və adət-ənənələrini öyrənməkdə mühüm rol oynayır. Şirvanlı məktəblilər sentyabr ayının 03-nə kimi Gəncə və Şəmkir rayonlarının tarixi abidələrini, muzeylərini, parklarını və digər görməli yerlərini ziyarət etmək imkanı əldə edəcəklər.

 

Keçidlər