Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhəri Heydər Əliyev prospekti 1B, 44, 46 və Xəqani 5 saylı binaların qarşısında yeni tikilmiş 22-ci nümunəvi məhəllənin və xeyir-şər evinin açılışı, həmin məhəllədə İcra Hakimiyyəti Başçısının səyyari qəbulu keçirildi

08 avqust 2014 | 15:00

Heydər Əliyev prospektində 1960-70-ci illərdə tikilmiş, hal-hazıradək heç bir təmir işləri aparılmayan çoxmərtəbəli yaşayış binalarının ətrafında geniş quruculuq və abadlıq işləri aparılır, yeni nümunəvi məhəllələr salınır, xeyir-şər evləri tikilir. Heydər Əliyev prospekti 1B, 44, 46 və Xəqani 5 saylı binaların qarşısında tikilən 22-ci nümunəvi məhəllə və 20-ci xeyir-şər evi əhalinin istifadəsinə verilmişdir. Yeni salınmış nümunəvi məhəllədə 2 dəst uşaq əyləncə mərkəzi, yaşlı sakinlərin istirahəti üçün 3 ədəd günlüklər quraşdırılmış, əraziyə 1775 m2 tamet örtük döşənmiş, 550 p/m dekorativ bardyur quraşdırılmış,  1152 p/m beton bardyur tökülmüş, ərazidə şəxsi avtomobillər üçün sahəsi 1400 m2 olan danayacaq tikilmiş, əraziyə giriş yolu çəkilmiş, 10 ədəd oturacaq, 10 ədəd zibil qutusu qoyulmuş, əraziyə 280 ədəd həmişəyaşıl ağac və 20 ədəd dekorativ gül kolları əkilmişdir. Yeni tikilmiş xeyir-şər evi lazım olan avadanlıqlarla təmin edilmişdir. Heydər Əliyev prospekti 1B, 44, 46 və Xəqani 5 saylı binaların qarşısında yeni tikilmiş nümunəvi məhəllədə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının səyyari qəbulu keçirilmişdir.

Keçidlər