Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Yaponiya Hökuməti tərəfindən ayrılmış qrant hesabına alınmış avadanlıqların təqdim olunması mərasimi keçirildi.

16 iyul 2014 | 15:00

16.07.2014-cü il tarixdə saat 11.00-da Meliorasiya Mexaniki Təmir İstehsalat Birliyində Azərbaycan Respublikasında Meliorasiya və İrriqasiya avadanlıqlarının Təkmilləşdirilməsi layihəsi (2-ci faza) üzrə Yaponiya Hökuməti tərəfindən ayrılmış qrant hesabına alınmış avadanlıqların təqdim olunması mərasimi keçirildi. Mərasimdə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətili səfiri Tsuqo Takahaşi, YBƏA-nin Özbəkistan nümayəndəliyinin Azərbaycan üzrə koordinatoru Nigar İsmayılova, Hitachi zavodunun nümayəndəsi Sounosuke İşii, İtochu şirkəti Bakı nümayəndəliyinin rəhbəri Norio Yamazaki, Katahira şirkətinin layihə üzrə rəhbəri Kiyohito Kobayaşi, Katahira şirkətinin məsləhətçisi Rasul Abdulkadırov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Nail Fətəliyev, Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov və 45 nəfər iştirak etdi.

Keçidlər