Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə respublika rəhbərliyinə seçilməsinin 45-illiyi ilə əlaqədar ümumşəhər tədbiri keçirildi.

14 iyul 2014 | 15:00

14.07.2014-cü il tarixdə saat 11.00-da Şirvan şəhər Olimpiya İdman Kompleksinin kiçik zalında Ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə respublika rəhbərliyinə seçilməsinin 45-illiyi ilə əlaqədar ümumşəhər tədbiri keçirildi. Tədbir iştirakçıları öncə Ulu öndərin adını daşıyan meydanda Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, əziz xatirəsini yad etdilər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və eksponatlarla tanış oldular. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, şura üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri və 100 nəfər iştirak etdi.

Keçidlər