Şriftin ölçüsü :

Saytın rəngi :

BMT-də tutarlı çıxış.

23 sentyabr 2020 | 16:00

Təqribən 30 illik müstəqillik tarixinə malik olan Azərbaycan 2016-cı ildə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan və dünyanın 120 dən çox dövlətini özündə birləşdirən, BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədr seçilmişdir. Belə bir nüfuzlu təşkilata sədrlik missiyasının həvalə edilməsi əlbəttə ki, ölkəmizin dünya siyasi arenasında qazandığı yüksək nüfuzun, ölkəmizə və dövlət başçısı Cənab İlham Əliyevə göstərilən inam və etimadın bariz nümunəsidir. Bütün dünyada insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizmin milyonlarla insana mənfi təsir etməkdə davam etdiyi bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasında Qoşulmama Hərəkatına üzv dövlətləri adından çıxış etməsi sözün həqiqi mənasında Azərbaycan Prezidentinin dünyadakı lider mövqeyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyev BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırışlar etməklə bir daha bəyan etdi ki, Azərbaycan dünyada davamlı sülhün, təhlükəsizliyin bərqərar olunmasında öz həlledici səylərini daha da artırır. Azərbaycan 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının üzvüdür. BMT-yə üzv olan bütün dövlətlər BMT-nin nizamnaməsinə uyğun olaraq digər üzv dövlətlərin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin işğalçı Ermənistan BMT nizamnaməsinə əhəmiyyət vermədən üzərinə götürdüyü bu öhdəliyi kobud şəkildə pozaraq hərbi təcavüz yolu ilə Azərbaycan Dağlıq Qarabağ və ətraf 7 rayonunu işğal etmiş və bu günədək 20 faiz Azərbaycan torpaqları hələ də işğal altıdadır və 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu siyasətinə qarşı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edərək işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi tələb edilmişdir. Təəsüflər olsun ki, işğalçı Ermənistan BMT-nin bu qətnamələrə əhəmiyyət vermir və beynəlxalq hüquqa zidd işğalçılıq siyasətini hələ də davam etdirir, əzəli Azərbaycan torpaqlarında etnik təmizləmə və qanunsuz məskunlaşma həyata keçirmişdir. Eyni zamanda işğal olunmuş Azərbaycan ərazilərində minlərlə tarixi-mədəni abidələr məhv edilib. Bütün bu reallıqlar fonunda Azərbaycan öz ərazilərinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında işğaldan azad edilməsini və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir.                                                   .
   Azərbaycan sabit, müasir və demokrtaik dövlətdir. Demokratiyanın inkişafı, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı, dini etiqad azadlığı ölkəmizdə tam şəkildə təmin edilir. Bu gün Azərbaycan həm də yüsələn xətlə sürətlə inkişaf edir. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir.
   Bütün dünyada terrorizmin, ekstermist meyillərin geniş vüsət aldığı bir dövrdə Azərbaycan dünyanın multikulturalizm mərkəzinə çevrilməkdədir. Hər zaman beynəlxalq mədəyiyyətlər və sivilizasiyalar arası əməkdaşlığa, dialoqa çağırışlar edən Azərbaycan multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verməkdədir.

Elnur Novruzov,

1 nömrəli tam orta məktəbin direktor müavini

Keçidlər