Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Şirvan şəhərində seminar keçirildi.

05 iyul 2014 | 15:00

04.07.2014-cü il tarixdə saat 11.00-da İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə 18 şəhər və rayonun iştirakı ilə “Azərbaycan Respublikasının innovativ inkişafı beynəlxalq təşkilatların sənədlərində, Azərbaycanın müasir inkişaf konsepsiyası: varislik və innovativlik, Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi” mövzularında seminar keçiriləcəkdir. Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi-Təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli, Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov və 50 nəfər iştirak etdi.

Keçidlər