Şriftin ölçüsü :

Saytın rəngi :

28 may Respublika Günü münasibətilə onlayn elmi-prakriki konfrans keçirildi.

27 may 2020 | 16:00

27 may 2020-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyəti başçısının 15 may 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uğyun olaraq Şirvan şəhər Təhsil Şöbəsi,  şəhər Gənclər və İdman İdarəsi,  şəhər Heydər Əliyev Mərkəzi, şəhər Gənclər Evi və ümumtəhsil məktəb direktorlarının iştirakı ilə 28 may Respublika Günü münasibəti ilə onlayn elmi-prakriki konfrans keçirilmişdir.
    Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev konfransda çıxış edərək qeyd edib ki, əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşmuş, şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığını dünyaya bəyan edilmişdir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
    Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması milli-mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə verilən yüksək qiymətdir.
    Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, 14 nömrəli tam orta məktəbin direktoru Samirə İsmayılova, gənc fəal Qamət Əliyev və 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva çıxışlarında qeyd ediblər ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalar kimi Azərbaycan də öz müstəqilliyinə qovuşdu və 1993-cü ildən sonra Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi və ölkəmiz inamla irəliyə getməyə başladı. Qeyd edilib ki, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların həyata keçirmək istədiyi niyyətlər bügün qüdrətli dövlətimiz tərəfindən reallaşdırılır və əminik ki, ölkəmizin dövlət müstəqilliyi uğurlu və əbədi olacaqdır.

Keçidlər