Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində sahibkar təşəbbüsü

02 aprel 2020 | 16:00

Yolxucu xəstəliyin sürətlə yayıldığı bir zamanda fərdi qoruyucu vasitələrə, xüsusən tibbi maskalara ehtiyac kəskin şəkildə artdığından artıq şəhər ərazisində fəaliyyət göstərən apteklərdə tibbi maska çatışmazlığı hiss olunur. Bunu nəzərə alaraq, Şirvan Ticarət Mərkəzində çalışan dərzilər təqdirəlayiq bir təşəbbüslə çıxış edərək, koronavirus pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədi ilə tibbi maskaların tikilməsinə başlayıblar. Gün ərzində 300 ədəd qoruyucu tibbi maskaların tikilməsi nəzərdə tutulmuşdur. Tibbi maskalar şəhər İcra Hakimiyyətinin köməkliyi ilə aztəminatlı ailələrə və şəhər ərazisində təmizlik və dezinfeksiya işləri ilə məşğul olan işçilərə paylanacaqdır.
     Şirvan şəhər icra Hakimiyyətinin rəhbərliyi yaranmış çətin vəziyyətdə belə vacib və xeyirxah bir işə görə təşəbbüskarlara öz minnətdarlığını bildirib.                                                                                                                                                   

Keçidlər