Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində şəhid ailələri ziyarət edilib.

03 mart 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000(on bir min) manat məbləğində birdəfəlik maddi yardımın verilməsi, vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, həmçinin bu insanların mənzil və avtomobillərlə təmin olunması dövlət tərəfindən bu kateqoriyadan olan ailələrə son illər ərazində göstərilən diqqət və qayğının əyani nümunəsidir.
    Şirvan şəhərində əlamətdar günlərdə şəhidlərimizin ailə üzvlərinin, Qarabağ müharibəsi əlillərinin ziyarət edilməsi və bu kateqoriyadan olan insanlara mənəvi dəstək olunması artıq bir ənənə halını alıb. Hər bayram və əziz günlərdə olduğu kimi, 8 Mart Beynəlxaq Qadınlar Günü ərəfəsində və Od çərşənbəsi günü Şirvan şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında şəhidlər Dünyamalı Musayev, Ələkbər Bağırov, Rafət Əsədov, Elşən Məmmədov və Füzuli rayon sakini, mülki şəhid Bəxtiyar Süleymanovun Şirvan şəhərində yaşayan ailələri ziyarət edilmiş, onların ailə-məişət qayğıları ilə maraqlanılmışdır.
    Görüşlərdə şəhidlərimizin əziz xatirəsi yad edilmiş, barələrində xoş təəsüratlar danışılmışdır. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Onlar hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.
    Keçirilən görüşlərdə şəhid ailələri qarşıdan gələn “8 Mart Beynəlxaq Qadınlar Günü” və Od çərşənbəsi münasibəti ilə təbrik edilmiş, onlara çərşənbə sovqatları verilmişdir.
   Şəhid anaları Zeynəb Məmmədova, Dünyaxanım Əsədova, Ərkinaz Bağırova, Fatma Musayeva və Güləbətin Məmmədova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıq və təşəkkürlərini bildirmişlər.                                             

Keçidlər