Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəmməd Füzuli adına Şirvan şəhər Parkı xüsusi layihə ilə əsaslı şəkildə yenidən qurulur.

31 yanvar 2020 | 16:00

Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmişdir. Cənab prezidentin diqqət və qayğısı sayəsində ölkəmizin hər bölgəsi abadlaşır, müasirləşir və dünyanın ən inkişaf etmiş diyarlarından birinə çevrilir. Ölkə başçısının tikinti-quruculuq və abadlıq işlərini zövqlə və günün tələbləri səviyyəsində aparılması ilə bağlı göstərişlərinə və tövsiyyələrinə  müvafiq olaraq 2020-ci ildə Şirvan şəhəri ərazisində geniş miqyaslı abadlıq-quruculuq işlərinin aparılması nəzərdə tutulmuşdur. Görüləcək işlərin bir hissəsi olaraq Məhəmməd Füzuli adına Şirvan şəhər Parkı xüsusi layihə əsasında, yüksək keyfiyyətlə və zövqlə əsaslı şəkildə yenidən qurulacaqdır.
    Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən təklif edilən layihə əsasında yenidən qurulacaq parkın girişində əvvəllər kiçik yaşayış məskəni olan zaman Şirvan şəhərinin “Qırxçıraq” adlandırılmasını simvolizə edən 40 çıraqdan ibarət sutunların quraşdırılması nəzərdə tutulmuşdur. Parkın mərkəzi hissəsində uşaq əyləncə qurğuları, yelləncəklər, müxtəlif idman qurğuları quraşdırılacaq, mini futbol meydançası tikiləcək, park xüsusi işıqlandırma sistemi və müşahidə kameraları ilə təchiz ediləcəkdir. Layihə əsasında parkı əhatə edən süni göl təmizlənərək genişləndiriləcək, kiçik qayıqların hərəkəti üçün su yolları inşa ediləcəkdir. Parkda müxtəlif ağaclar və bəzək kolları əkiləcək, gül kompozisiyaları yaradılacaq, suvarma sistemi qurulacaqdır.
   Şəhərin səs-küyündən uzaqlaşaraq istirahət etməyə imkan verəcək Məhəmməd Füzuli adına Şirvan şəhər Parkı əsl təbii park olacaqdır. Çünki istər yaşlı nəslin nümayəndələrinin, istərsə də böyüməkdə olan gənc nəslin sağlamlığı bizim üçün olduqca qiymətlidir. İnanırıq ki, əsaslı yenidənqurma işlərindən sonra Məhəmməd Füzuli adına Şirvan şəhər Parkı şirvanlıların və şəhərimizin qonaqlarının istirahət mərkəzinə çevriləcəkdir.

 

Keçidlər