Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vətəndaşları qəbul edib.

31 yanvar 2020 | 16:00

31 yanvar 2020-ci il tarixdə, Şirvan şəhər Gənclər Evində  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tərəfindən Şirvan şəhəri,  Hacıqabul və Sabirabad  rayonlarından olan vətəndaşların, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
    Qəbul zamanı DGK-nin sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Keçidlər