Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mirzəyev Ramazan Şahhüseyn oğlunun anım günü qeyd edildi.

28 yanvar 2020 | 16:00

Şirvan şəhər İcra Hakimiyyəti Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi və Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşları ilə birlikdə şəhid Mirzəyev Ramazan Şahhüseyn oğlunun anım günü münasibəti ilə şəhidin ailəsini ziyarət etmiş, onun ailə üzvlərinin ailə-məişət qayğıları ilə maraqlanmışlar.
   Görüşdə şəhidin əziz xatirəsi yad edilmiş, barəsində xoş təəsüratlar qeyd edilmişdir. Şəhidin həyat yoldaşı son illər ərzində onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdir.
   Görüşdə iştirak edənlər şəhid Ramazan Mirzəyevin Şəhidlər Xiyabanında yerləşən məzarlarını ziyarət edərək ruhuna dualar etmişlər.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər