Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin 12 və 16 nömrəli tam orta məktəblərində anım tədbirləri keçirildi.

18 yanvar 2020 | 16:00

17 yanvar 2020-ci il tarixdə, şəhərin 12 və 20 nömrəli tam orta məktəblərində 20 yanvar  faciəsinin 30-cu il dönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir.
    İlk öncə həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq şəhidlik zirvəsinə ucalmış mərd Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütlə yad edilmişdir.
    Çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar günü bütün faciəsinə rəğmən xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib. 20 Yanvar Azərbaycan xalqını müstəqilliyə, milli-mənəvi və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Anım tədbirlərində şagirdlər tərəfindən çəkilmiş 20 Yanvar faciəsini əks etdirən rəsm əsərləri nümayiş olnmuş, şerlər oxunmuş və musiqili kompozisiyalar səsləndirilmişdir.

Keçidlər