Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.

17 yanvar 2020 | 16:00

Şirvan şəhər İcra Hakimiyətində təcrübə keçən könüllülərlə  görüş keçirilmişdir. Görüşdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti başçısının müavinləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və könüllülər iştirak etmişlər.
Görüşdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək gəncləri salamlamış və onları könüllük peşəsini şərəflə icra etmələri münasibətilə təbrik etmişdir.
İcra Hakimiyyətinin başçısı qeyd edib ki, könüllülüyün bir hərəkat kimi geniş vüsət alması Azərbaycan Respublikasının Prezidenti cənab  İlham  Əliyevin adı ilə birbaşa bağlıdır və Azərbaycan dövləti bu fəaliyyətin stimullaşdırılmasını hərtərəfli dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanları qarşısında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsini qoymuşdur. Digər mərkəzi və yerli icra hakimiyyəti orqanları kimi Şirvan şəhər İcra Hakimiyyəti də öz srtukturlarında könüllülük fəaliyyətini genişləndirməkdə davam edir. Könüllülərin təcrübə müddətində əldə etdikləri onların gələcək fəaliyyətlərində mühüm rol oynayacaq və onlar bu təcrübədən istifadə edəcəklər.
        Daha sonra gənclər öz təəssüratlarını bölüşərək təcrübə müddətində öyrəndikləri işlər haqqında ətraflı məlumat verdilər. Könüllülər qeyd ediblər ki, keçiriləcək belə tədbirlər könüllülük fəaliyyətinin daha geniş təşviq olunmasına töhfə verəcək, şəhər gənclərində bu fəaliyyətə maraq yaradacaqdır.
        Sonda şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən Şirvan şəhər İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim olunmuşdur.                         

Keçidlər