Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşkilatçılığı əsasında seminar-müşavirə keçirildi.

11 dekabr 2019 | 16:00

11 dekabr 2019-cu il tarixdə, Şirvan şəhər İcra Hakimiyyətinin akt zalında, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşkilatçılığı əsasında, təhsil, səhiyyə, mədəniyyət müəssisələri nümayəndələrinin iştirakı ilə fövqəladə hallarda mülki müdafiənin təşkili, planlaşdırılması və mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə seminar-müşavirə keçirilmişdir.
      Müşavirə şəhər ərazisində fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə mülki müdafiə işinin təşkili, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirmə işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması, eləcə də ehtimal olunan fövqəladə halların qarşısının alınması, həmçinin nəticələrinin aradan qaldırılması istiqamətində birgə fəaliyyətin təşkili məqsədi ilə keçirilmişdir.
    Tədbirdə mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması ilə bağlı məruzələr dinlənilmiş, suallar cavablandırılmışdır.

Keçidlər