Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev gənclərin əbədiyaşar lideridir” mövzusunda tədbir keçirilmişdir.

10 dekabr 2019 | 16:00

10.12.2019-cu il tarixdə, Şirvan Gənclər Evində, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı əsasında, ümumi təhsil məktəb şagirdlərinin, Dövlət İqtisadiyyat və Humanitar Kollecin tələbələrinin, Gənclər Evi və Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllülərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş “Heydər Əliyev gənclərin əbədiyaşar lideridir” mövzusunda tədbir keçirilmişdir.
      Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva tədbirdə çıxış edərək bildirdi ki, Ulu Öndər tərəfindən əsası qoyulan gənclər siyasəti gənc nəslin mənəvi-əxlaqı tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına, zəngin elmi potensialının yaradılmasına şərait yaratmışdır. Bu sahədə imzalanan fərman və sərəncamlar, qəbul edilən qanun və qərarlar, atılan addımlar nəticəsində gənclərin inkişafı üçün daha səmərəli şəraitin yaradılması gənclərlə dövlət arasında bağların daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Bu gün Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif istiqamətlərdə aparılan köklü islahatlar, gənclərimiz üçün çox geniş imkanlar açmışdır.
      Gənclər Evinin əməkdaşı Nurlan Qədimov çıxışı zamanı ölkəmizdə gənc nəslin fiziki və mənəvi tərbiyəsini, onların milli vətənpərvərlik ruhunda yetişməsini, yüksək intellektə sahib olmalarını daim diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində qazanılan nailiyyətlərdən söz açmışdır.
     Sonda şəhər 21 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Keçidlər