Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Könüllülər Həftəsi” layihəsi çərçivəsində “Öyrən öyrət” adlı intellektual bilik yarışması keçirildi.

08 dekabr 2019 | 16:00

07 dekabr 2019-cu il tarixdə, Şirvan Gənclər Evi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən elan olunmuş “Azərbaycan Könüllülər Həftəsi” layihəsi çərçivəsində “Öyrən öyrət” adlı intellektual bilik yarışması keçirildi. Ölkəmizdə könüllü fəaliyyətinin daha geniş təşviq olunması məqsədilə Beynəlxalq Könüllülər Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 2019-cu il 1-9 dekabr tarixlərində "Azərbaycan Könüllülük Həftəsi" keçirilməkdədir.
    Gənclərin peşə vərdişlərini və təcrübi bilikləri artırmaq baxımından könüllülük fəaliyyətinin əhəmiyyəti olduqca böyükdür. Bu münasibətlə Gənclər Evində könüllülərin iştirakı ilə təşkil olunmuş yarışmada hər birində 5 nəfər iştirakçı olmaqla 17 komanda, ümumilikdə 85 nəfər gənc iştirak etmişdir. 3 seçim və final turundan ibarət olan yarışmada I yeri “Navarin” komandası, II yeri “Qarabağ” komandası, III yeri “Brain” komandası qazandı. İlk üç yeri qazanan komandalar diplom və hədiyyələrlə təltif olunmuşdurlar.

Keçidlər