Şirvan şəhər Ağsaqqallar Şurasının konfransı YAP şəhər təşkilatının iclas zalında keçirildi. Konfransı giriş sözü ilə Axsaqqallar Şurasının sədri V.Ələkbərov açdı. Konfransın rəyasət heyyəti, gündəliyi, reqlamenti müəyyən edildi.
1 Fevral 2012-ci il tarixdə Şəhər Mərkəzi Mədəniyyət Evində “2 Fevral Gənclər günü” münasibətilə ümumşəhər tədbiri keçirilmişdir.
Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində ötən ilin yekunları sakinlərin iştirakı ilə müzakirə olunub. Sakinlərlə görüşən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Prezident Admnistrasiyasının məsul işçisi Əlibaba Əliyev, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri gəliblər.
20 Yanvar (1990) Faciəsinin 23-cü ildönümü ilə əlaqədar İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimai-siyasi qrumların, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə "20 Yanvar abidəsi" önündə ümumşəhər anım mərasimi keçirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, abidə önünə gül çələngləri qoyulmuşdur.
Dünya Azərbaycanlıların Həmrəylik günü, Yeni il bayramı münasibəti ilə Şirvan şəhərində silsilə tədbirlər keçirilib. İdarə, müəssisə və təşkilatların təhsil, səhiyyə və mədəniyyət işçilərinin iştirak etdiyi bayram tədbirində şəhərdə görülən işlər və qarşıda duran əsas vəzifələr müzakirə olunub.