Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş rəsm və kitab sərgisi keçirilib.

05 may 2022 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq şəhərin idarə, müəssisə və təşkilatlarında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam edir.
5 may 2022-ci il tarixdə Şəhər İcra Hakimiyyətinin, Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş  rəsm-foto və kitab sərgisi təşkil olunub. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova, Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev, Şirvan Dövlət Rəsm Qalereyasının direktoru Çinarə Vəliyeva, kitabxananın və qalereyanın kollektivi iştirak edib.
Öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, xatirəsinə ehtiram olaraq abidənin önünə tər çiçək dəstələri düzülüb.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponantlarla tanış olublar. Mərkəzin əməkdaşı Ümummilli liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda, dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatındakı hadisələri əks etdirən, həmçinin Ümummilli liderin Şirvan (keçmiş Əli Bayramlı) şəhərinə səfəri zamanı çəkilmiş fotolar tədbir iştirakçılarında dərin təəssürat yaradıb.
Sonra Mərkəzdə Azərbaycan xalqının tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olunub.
Daha sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin həyat və fəalyyətinə həsr olunmuş rəsm və kitab sərgisi ilə tanış olublar. Sərgidə gənc rəssamların Ulu öndərə hörmət və ehtiramlarının əks olunduğu rəsm əsərləri və fenomenal, dahi şəxsiyyətin haqqında yazılmış cild-cild kitablar haqqında ətraflı məlumat verən Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Şirvan Dövlət Rəsm Qalereyasının əməkdaşları Ümumilli liderin bütün fəaliyyəti dövründə  kitabxana işçilərinə və rəssamlara göstərdiyi həssas münasibətin və qayğının bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən ruhlandıqlarını bildiriblər və Ulu öndərin hər zaman qəlblərdə yaşayacağını ifadə ediblər.


Mətbuat xidməti

Keçidlər